Bakıda taksi sürücüsü möhkəm döyülüb
27 Fevral 2013 Çərşənbə 07:28
Sürücü xanım müştərisinin yaxınlarının hücumuna məruz qalıb.
Bakıda taksi sürücüsü naməlum şəxslər tərəfindən döyülüb. Məlumata görə, sürücü İlahi Rəhimov taksiyə minmiş xanım müştərinin iki yaxınının hücumuna məruz qalıb. Qeyd edək ki, Binəqədi rayonu ərazisində Rəhimovun taksisinə əyləşən xanım Dərnəgül adlanan ərazidəki Süleyman Sahni Axundov küçəsinə getmək istəyib. Xanım müştərini mənzil başına çatdıran İlahi Rəhimov gözlənilmədən 2 nəfərin hücumuna məruz qalıb.
Taksi sürücüsünə hücum edərək onu əzişdirən şəxslər onun avtomobilinə də ziyan vurublar. İlahi Rəhimov müştərisi olan xanımın yol pulunu vermədiyini, həmçinin hücum edən şəxslərdən geri qalmadığını, hətta avtomobilə ziyan vurmaqda xüsusi fəallıq göstərdiyini deyib.
Qeyd edək ki, faktla bağlı Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinə məlumat verilib. Taksi sürücüsünə hücum edənlər bölməyə aparılaraq onların ilkin ifadəsi alınıb. Bölmədən verilən məlumata görə, faktla bağlı araşdırmalar davam edir. Hadisə üzrə toplanmış materiallar Binəqədi rayon polis idarəsinin istintaq şöbəsinə göndəriləcək və baş verənlərə hüquqi qiymət istintaqın nəticəsində veriləcək.
DOSTLARINLA PAYLAŞ: