Bakıda sürücü piyadanı soydu
01 İyul 2013 Bazar Ertəsi 11:33
Sürücü piyadanın qarşısını kəsərək, ondan içərisində 550 manat olan əl çantasını alıb.
Ötən gecə saat 02:50 radələrində Bakı şəhərində sürücü piyadanı soyub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakı-Qazax yolunda “VAZ-2106” markalı avtomobili idarə edən naməlum sürücü Şirvan şəhər sakini Elməddin Cahangirovun qarşısını kəsərək, ondan içərisində 550 manat olan əl çantasını alıb.

Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Söhbət Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə birlikdə iyunun 30-da yaxalanıb.

Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə axtarışda olan şəxs tutulub. Tutulan İlqar İsmayılov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsilə axtarışda olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar