Bakıda söyüş üstündə tanışını ürəyindən vurdu
07 Sentyabr 2013 Şənbə 11:16
Tanışlar arasında mübahisə ölümlə nəticələnib.
Bakının Xətai rayonunda 24 yaşlı oğlan tanışını qətlə yetirib. Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, NZS qəsəbəsin Mingəçevir küçəsi, 20 ünvanında yaşayan Ağcabədi rayon sakini, 1989-cu il təvəllüdlü Rəşad Rəşid oğlu Hacıyev eyni həyətdə yaşadığı tanışı, Bərdə rayon sakini, 1982-ci il təvəllüdlü Aqil Tofiq oğlu Məhərrəmovu öldürüb. Hadisəyə səbəb tanışların arasında söyüş üstündə yaranmış narazılıq olub.

Rəşad Hacıyev polisə verdiyi ifadəsində bildirib ki, onlar arasında yanamış kiçik mübahisə zamanı Aqil Məhərrəmov onu “var-yox” söyüşü ilə təhqir edib. Elşad tanışına özünü yığışdırmasını desə də, Aqil söyüşü dayandırmayıb. Əsəblərini cilovlaya bilməyən R.Hacıyev bıçağı tanışının ürəyinə sancıb. A.Məhərrəmov hadisə yerində ölüb. Onun meyiti ekspertizaya göndərilib.

Hadisəni törədən R.Hacıyev tutularaq Xətai rayon Prokurorluğunda istintaqa cəlb edilib. Faktla bağlı cinayət işi başlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar