Bakıda sərnişin avtobusunda qan töküldü
19 Dekabr 2012 Çərşənbə 11:22
Avtobusda 16 yaşlı yeniyetmə bıçaqlanıb
Bakının Xətai rayonu ərazisində marşrut avtobusunda qan tökülüb. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, dünən saat 20 radələrində 80 saylı avtobusda 16 yaşlı Elmin Qasımov bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. O, ilkin ifadəsində tanımadığı şəxslər tərəfindən avtobusda bıçaqlandığını deyib. Faktı polis araşdırır.
DOSTLARINLA PAYLAŞ: