Bakıda saxta kabel istehsalçısı tapılıb
24 May 2013 Cümə 10:14
Sexdə istehsal olunan elektrik kabel və naqillərin Türkiyənin “Özgüven kablo, sanayi ve ticaret LTD” şirkətinin istehsalı kimi saxtalaşdırılıb.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Çkalov küçəsi, 10 B ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyev Vaqif Manaf oğluna məxsus sexdə aparılan yoxlama zamanı saxta elektrik kabel və naqillər istehsal edildiyi müəyyən olunub. Bu barədə ANS PRESS-ə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, sexdə istehsal olunan elektrik kabel və naqillərin Türkiyənin “Özgüven kablo, sanayi ve ticaret LTD” şirkətinin istehsalı kimi saxtalaşdırılaraq istehlakçılara “Yurd kablo” və “Onur kablo” adları altında təqdim edildiyi aşkarlanıb.
Aşkar edilmiş qanun pozuntusu ilə əlaqədar fiziki şəxs Vaqif Quliyev barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
DOSTLARINLA PAYLAŞ: