Bu gün səhər saatlarında Bakının Səbail rayonunda restoranların birində intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Bibiheybət qəsəbəsində Quliyev küçəsi 57 ünvanında yerləşən “Xəzər” restoranında baş verib.
Belə ki, 48 yaşlı Pənah Aslan oğlu Fərzəliyev restoranın həyətindəki çardaqda özünü asıb. Mərhumun meyidi restoranın işçiləri tərəfindən aşkarlanıb. Hazirda hadisə yerində polis və prokurorluq işçiləri araşdırma aparır.
Bakıda restoranların birində intihar hadisəsi
Kişi restoranın çardağındağında özünü asıb




Şərhlər