Bakıda qız üstündə qan töküldü
02 Fevral 2013 Şənbə 12:29
Paytaxtda törədilmiş qətlin təfərrüatları məlum olub.
Bu gecə Bakının Yasamal rayonunda ölümlə nəticələnən qanlı hadisə baş verib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Ü.Ələkbərov küçəsində yaşayan Rəsul Talıbov ölümcül bıçaqlanıb. O, aldığı xəsarətdən xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qətli törətməkdə şübhəli bilinən Emil Qurbanov tutulub. Onun tutulmasında Yasamal Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi, Post-Patrul Xidməti Bölməsi, 29-cu polis bölməsi və Çevik Polis Alayının əməkdaşları iştirak ediblər.

Yasamal Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, qətl qız üstündə törədilib. Gecə saatlarında qız üstündə öldürülən Rəsul Tahirovun 16 yaşı var. Qətli törədən Emil Qurbanov isə 18 yaşındadır.

Mərhum R.Tahirovun məktəbli olduğu bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar