Hadisə

Bakıda qız rəfiqəsini bıçaqladı

Hadisə səhər saatlarında baş verib.

· Xəbərçi
Bakıda qız rəfiqəsini bıçaqladı
Bu gün səhər saat 07:00 radələrində Bakının Nizami rayonunda 26 yaşlı qız bıçaqlanıb. Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Naxçıvanski küçəsi 18 ünvanında 1987-ci il təvəllüdlü Samirə Məmmədova bıçaqlanıb.

Qız ağır vəziyyətdə 3 saylı xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, qızı rəfiqəsi bıçaqlayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər