Bakıda qessab bıçaqlandı
    04 İyun 2013 Çərşənbə Axşamı 08:04
    24 yaşlı Davud Əliyarov əsəbiləşərək özü-özünü bıçaqladığını bildirib.
    
                	 
    
         Ötən gecə Bakının Bakıxanov qəsəbəsində qanlı hadisə baş verib. ANS PRESS-in məlumatına görə, 1989-cu il təvəllüdlü Əliyarov Davud Həsrət oğlu qəssab işlədiyi ət dükanında naməlum şəraitdə bıçaqlanıb. Hadisədən sonra yaralı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən əməliyyat olunan Davud Əliyarovun həyatı xilas edilib. 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə və 13-cü polis bölməsinə məlumat verilib. Qeyd edək ki, yaralanan zaman sərxoş vəziyyətdə olan Davud ilkin izahatı zamanı polislərə onu heç kimin bıçaqlamadığını, xəsarəti isə əsəbləşdiyi üçün  özü-özünə yetirdiyini bildirib. Hazırda polis əməkdaşları Davud Əliyarovun ifadəsinin doğru olub-olmadığın müəyyən etmək üçün araşdırmalarını davam etdirirlər.
DOSTLARINLA PAYLAŞ: