Bu gün saat 16:00 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində qaz idarəsinin binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.
Hazırda yanğının söndürülməsi üçün yanğınsöndürənlər işləyir. Yanğının nə səbəbdən baş verməsi aparılan araşdırmalardan sonra məlum olacaq. Yanğın nəticəsində xəsarət alanın olmadığı bildirilir.
Bakıda qaz idarəsi yanır
Yanğının söndürülməsi üçün 4 yanğınsöndürən maşın yollanıb.




Şərhlər