Hadisə

Bakıda qadın ərini axtarır

Kişinin hansı səbəbdən yoxa çıxması məlum deyil.

· Xəbərçi
Bakıda qadın ərini axtarır
Bakının Səbail rayonu ərazisində yaşlı kişi yoxa çıxıb. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, Səməd Vurğun küçəsi ev 13-də yaşayan 71 yaşlı Aydın Qurbanov martın 3-də evdən çıxıb, o vaxtdan evə gəlməyib.

Onun həyat yoldaşı olan 64 yaşlı Sahibə Qurbanova ərinin itkin düşməsi ilə bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə məlumat verib.

S.Qurbanova açıqlamasında bildirib ki, A.Qurbanov bir müddət əvvəl də yoxa çıxmışdı. Sonra onu qohumlarının evindən tapıb gətiriblər. İndi isə hansı səbəbdən və haraya getməsi məlum deyil.

Şərhlər