Hadisə

Bakıda partlayış olub, yaralılar var

Bakının Səbail rayonunda qeydə alınmış hadisəyə səbəb qaz sızması olub.

· Xəbərçi
Bakıda partlayış olub, yaralılar var
Bakının Səbail rayonu, Teymur Elçin küçəsi, 8 ünvanında partlayış baş verib. Trend-in əldə etdiyi ilkin məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib.

Göstərilən ünvanda partlayışın baş verməsi Səbail Rayon Polis İdarəsindən də təsdiqlənib. Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə Trend-ə bildiriblər ki, hadisə nəticəsində 2 nəfər yanıq xəsarəti alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Şərhlər