Hadisə

Bakıda orta məktəbdə qətl

23 yaşlı şəxs məktəbin həyətində öldürülüb.

· Xəbərçi
Bakıda orta məktəbdə qətl
Bu gün saat 15:10 radələrində Bakının Nizami rayonu ərazisində orta məktəbin həyətində qətl baş verib. Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, 10 saylı orta məktəbin həyətində 1990-cı il təvəllüdlü Famil Gülüşov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları gəliblər. Hazırda hadisə yeri müayinə edilir. Qətlin kimin tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Şərhlər