Hadisə

Bakıda minik maşını külə döndü

Mühərrik hissəsindən başlayan yanğın qısa zamanda bütün maşını bürüyüb.

· Xəbərçi
Bakıda minik maşını külə döndü
Bu gecə Bakıda minik maşını yanaraq külə dönüb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın Sabunçu rayonunda vətəndaşa məxsus “Мoskviç” markalı minik avtomobilində baş verib. Mühərrik hissəsindən başlayan yanğın qısa zamanda bütün maşını bürüyüb. Nəticədə maşın yanıb.
Yanğın saat 03:49 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər