Hadisə

Bakıda mənzil partladı, ev sahibi ağır yaralandı

Hadisə Badamdar qəsəbəsində baş verib

· Xəbərçi
Bakıda mənzil partladı, ev sahibi ağır yaralandı
Bu gecə saat 00:40 radələrində Bakıda yaşayış evində güclü partlayış baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Səbail rayonunun Badamdar qəsəbəsində yaşayan İqor Volodinin evində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə ev sahibi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır.

Şərhlər