Bakıda maşın aşıb: ağır yaralılar var
12 Dekabr 2012 Çərşənbə 06:11
Qəzadan sonra FHN əməkdaşları yaranmış yanğın təhlükəsinin qarşısını alıblar
Gecə Bakının Nizami rayonu Heydər Əliyev prospektində iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı üzü şəhər istiqamətində hərəkət edən “Mercedes” markalı atvomaşının sürücüsü idarəetməni itirərək nəqliyyat vasiətsini işıq dirəyinə çırpıb. Nəticədə işıq dirəyi ilə yanaşı avtomaşın da aşaraq tamamilə yararsız vəziyyətə düşüb. Qəzadan sonra avtomaşının sürücüsü və bir nəfər sərnişin 31 yaşlı Tamara Qrızlovna ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, qəzadan sonra aşan avtomaşının yanma təhlükəsi yaranıb. Baş verə biləcək yanğın hadisəsinin qarşısını almaq üçün hadisə yerinə Fövqəladə Hallar Naəiryinin də əməkdaşları cəlb edildi. Görülən tədbirlər nəticəsində maşının yanmasının qarşısı alındı. Qəzadan sonra hadisə yerində Nizami rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırma aparıldı. İlkin ehtimala görə, avtoqəza sürücünün nəqliyyat vasitəsini sürətlə idarə etməsi səbəbindən meydana gəlib. Daha dəqiq səbəblər isə təyin ediləcək ekspertizaların rəyindən sonra məlum olacaq.
DOSTLARINLA PAYLAŞ: