Bakıda küçədən meyit tapıldı
21 Oktyabr 2013 Bazar Ertəsi 18:29
Rövşən Əhməd oğlu Talıbovun ürək tutmasında öldüyü bildirilir.
Bakı şəhərinin Nəsimi rayonu ərazisində Cavadxan küçəsində kişi meyidi tapılıb. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, onun kimliyi məlum olub.
Araşdırmalar zamanı məlum olub ki, meyidi tapılan şəxs 1955-ci il təvəllüdlü Xətai rayonu B.Nuriyev küçəsi ev 75, mənzil 29-da yaşayan Rövşən Əhməd oğlu Talıbovdur. Onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir.
DOSTLARINLA PAYLAŞ: