Hadisə

Bakıda kişi həyat yoldaşını bıçaqladı

Hadisə mübahisə zəminində baş verib.

· Xəbərçi
Bakıda kişi həyat yoldaşını bıçaqladı
Bakıda qadın bıçaqlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dekabrın 16-sı saat 05:00 radələrində C.Cabbarlı küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan Elxan Umarov mübahisə zəminində həyat yoldaşı Rəvanə Zöhrab qızına daxilə nüfuz edən bıçaq xəsarətləri yetirdiyinə görə Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Şərhlər