Hadisə

Bakıda jurnalist döyüldü

DİN faktla bağlı yaxın saatlarda açıqlama verəcək.

· Xəbərçi
Bakıda jurnalist döyüldü
Dünən Bakıda Türkiyədəki hadisələrə dəstək olmaq üçün aksiyaya cəhd olunub. Mətbuatda yayılan xəbərlərdə bildirilir ki, Fəvvarələr meydanında Taksimə dəstək aksiyası zamanı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstutunun əməkdaşı Rasim Əliyev polis zorakılığına məruz qalıb. Həmin anlar digər jurnalsitlər tərəfindən çəkilərək “YouTube” sosial şəbəkəsinə yerləşdirilib.

ANS PRESS olaraq hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. DİN-dən ANS PRESS-ə bildirdilər ki, faktla bağlı yaxın saatlarda açıqlama veriləcək.

Şərhlər