Bakıda ikimərtəbəli bina uçub
16 Sentyabr 2009 Çərşənbə 19:15
Binəqədi rayonunda yerləşən binanın uçmasına səbəb altına yığılmış su olub
Bu gün Binəqədi rayon Əlimməmədov küçəsində iki mərtəbəli binanın bir hissəsi uçub. Hadisə zamanı ölən və yaralananların olmadığı bildirilir. Bina sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, binanın uçmasına səbəb onun altına yığılmış su qalığı olub. Qəza vəziyyətində olan binanın 40-cı illərdə tikildiyi bildirilir. Təmirə ehtiyac olan binada təxminən 10-15 ailənin yaşadığı bildirilir.

Sakinlərin sözlərinə görə, onlar binanın təmir olunması üçün dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət edib. İcra hakimiyyəti və nazirlikdə onların şikayətlərinə baxılıb. Tezliklə binanın təmir ediləcəyinə dair söz verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar