Gecə Bakının Nəsimi rayonun ərazisində idarəetmədən çıxan minik avtomobili qəza törədib. Azadlıq prospektində qeydə alınan hadisə zamanı 22 yaşlı Mingəcevir sakini Haciyev Emin Yusif oğluna məxsus “Hyundai” maraklı minik avtomobili yoldan çıxaraq aşıb. Sürücünün sözlərinə görə hadisəyə səsəb avtomaşına qəfildən idarəetmədən çıxması olub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı Nəsimi rayon dövlət yol polisi şöbəsində araşdırmalar aparılır.
Bakıda Hyundai aşıb
Qəzada xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.




Şərhlər