Hadisə

Bakıda gülünc hadise

Ər həyat yoldaşının avtomobilini harada saxladığını unutdu.

· Xəbərçi
Bakıda gülünc hadise
Avqustun 7-də saat 22 radələrində Binə qəsəbəsinin ərazisindən, qəsəbə sakini Məlahət Əhmədova Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə müraciət edərək ona məxsus “Opel” markalı avtomaşının qaçırıldığını bildirib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı avtomaşını idarə etmiş Məlahət Əhmədovanın əri Əbdülhüseynin sərxoş halda olduğundan avtomaşını saxladığı yeri unutduğu müəyyən edilib.

Avtomaşın avqustun 8-də Binə qəsəbəsinin ərazisində tapılıb.

Şərhlər