Hadisə

Bakıda görünməmiş yanğın hadisəsi baş verdi

Binanın qarşısında saxlanılan 10 maşın külə döndü

· Xəbərçi
Bakıda görünməmiş yanğın hadisəsi baş verdi
Bakı şəhərində görünməmiş yanğın hadisəsi baş verib. Bu gün səhət saatlarında, təxminən 4:36 radələrində Binəqədi rayonun 8-ci mikrarayon, Azadlıq prospektinin 176-cı ünvanında binanın qarşısında saxlanılan 10 avtomobil yanıb. Maşınlardan birində baş vermiş yanğın yaxınlıqdakı avtomobillərə keçib.
Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin yanğın mühafizə xidmətinə 1 saylı çağırış elan olunub. Hadisə yerinə 5 yanğınsöndürən maşın gedib.
ANS PRESS-ə verilən məlumata görə, 5 maşın külə dönüb, 5 maşın isə yararsız hala düşüb. Qeyd edək ki, yanan avtomobillər arasında Mercedes, Hyunday, Opel, Ford və başqa markalı avtomobillər olub. Yanğının binaya keçməsinin qarşısı alınıb.
Yanğının başvermə səbəbləri müəyyən edilməyib. Hadisə yerində FHN, Prokurorluq və polis əməkdaşları araşdırma aparır.
ANSPRESS

Şərhlər