Hadisə

Bakıda fabrik yanır

Azərbaycan paytaxtında fəaliyyət göstərən fabriklərdən birində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə tikiş fabrikində qeydə alınıb.

· Xəbərçi
Bakıda fabrik yanır
Hazırda sözügedən ünvana 5 yanğınsöndürən maşın göndərilib və yanğının qarşısının alınması istiqamətində iş aparılır. İlkin məlumata görə, fabrikin anbarında başlayan yanğına elektrik naqillərində baş vermiş qısaqapanma səbəb olub.
 
APA

Şərhlər