Bakıda evlər torpaq altında qaldı
25 Fevral 2013 Bazar Ertəsi 17:58
Badamdar qəsəbəsindən “20-ci sahə”yə gedən yolda sürüşmə aktivləşib.
Bakının Səbail rayonunun Badamdar qəsəbəsindən “20-ci sahə”yə gedən yolda sürüşmə aktivləşib. Həmin ərazidəki torpaq evlərin üstünə tökülüb. Bu barədə ANS PRESS-in “Qaynar xətti”nə zəng edən yerli sakinlər məlumat veriblər. Onların sözlərinə görə, səhər saatlarında hündürlükdən gələn torpaq və daş parçaları aşağıdakı evlərin üstünə tökülüb.

“Səbail rayon İcra hakimiyyətindən gəliblər, evlərə baxırlar. Ərazidə 3 evə ciddi ziyan dəyib”, - deyə sakin Vüsal Kərimov bildirb.

Məsələ ilə əlaqədar Səbail rayonu İcra Hakimiyyətinin sektor müdiri İsrafil Kərimov ANS PRESS-ə açıqlamasında bildirib ki, hazırda problemin aradan qaldırılması istiqamətində işlər görülür.

“Torpaqda müəyyən boşluqlar yaranıb. Yol tərəfdən evlərə daş tökülüb. Hazırda nümayəndələrimiz oradadır. Sürüşmənin altındakı evlər qeyri-qanuni evlərdir. Yağış yağan kimi həmin evlərə qum, daş tökülür. Mən həmin ev sahiblərilə əlaqə saxladım. Onlar heç yaşadıqları ünvanı bilmirlər. Onların heç bir qeydiyyatı da yoxdur”, - deyə İsrafil Kərimov bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar