Hadisə

Bakıda ev yanıb, sahibi ölüb

Hadisə Yasamal rayonu ərazisində baş verib.

· Xəbərçi
Bakıda ev yanıb, sahibi ölüb
Bakının Yasamal rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın R.Tağıyev küçəsi ev 86-da yaşayan Kifayət Mütəllimovaya məxsus 1 mərtəbəli 2 otaqlı fərdi evdə olub. Nəticədə ev əşyalarla birgə yanıb. Yanğın söndürüldükdən sonra K.Mütəllimovanın tüstüdən boğulmuş meyiti tapılıb.

Şərhlər