Hadisə

Bakıda ev yandı, ailə qışın soyuğunda çöldə qaldı

Hadisə Suraxanıda baş verib.

· Xəbərçi
Bakıda ev yandı, ailə qışın soyuğunda çöldə qaldı
Bakıda yaşayış evi yanıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli altı otaqlı evin 4 otağının və dam örtüyünün yanar konstruksiyaları 90 kv.m sahədə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər