Hadisə

Bakıda ev partladı: evin sahibi yandı

Hadisə Biləcəri qəsəbəsində baş verib

· Xəbərçi
Bakıda ev partladı: evin sahibi yandı
Ötən gün saat 15.20 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində ev partlayıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Şahin İsmayılova məxsus evin mətbəxində təbii qazın sızmasından partlayış baş verib. Nəticədə evin divarları uçub. Partlayış nəticəsində ev sahibi yanıq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Şərhlər