Hadisə

Bakıda əsgər ürəyindən güllələndi

Hadisınin ehtiyatsızlıqdan baş verdiyi bildirilir

· Xəbərçi
Bakıda əsgər ürəyindən güllələndi
Bakının Xəzər rayonu ərazisində əsgər güllə yarası alıb. ANS PRESS-in məlumatına görə, Şüvəlan qəsəbəsi ərazisində N saylı hərbi hissədə xidmət çəkən 18 yaşlı Sübhan Mahmudlu güllələnib. Yaralı dərhal 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. Əsgərin ürəyindən güllə aldığı bildirilir.

Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır. Hazırda Sübhan Mahmudlu cərrahiyyə olunur.

Hadisə Ədliyyə Nazirliyinin balansındakı alayda baş verib. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov ANS PRESS-ə açıqlamasında hadisənin ehtiaytsızlıqdan baş verdiyini bildirib.

Şərhlər