Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın həyəcanı yaşanıb, sakinlər təxliyə olunub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik kabelləri yanıb.
Yanğın zamanı yuxarı mərtəbələrdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Bina yanğından mühafizə edilib.
Bakıda çoxmərtəbəli binada yanğın olub
Yanğın zamanı yuxarı mərtəbələrdən 30 nəfər sakin təxliyə edilib




Şərhlər