Hadisə

Bakıda binanın sayğacları yanıb

38 ədəd elektrik sayğacı yanıb.

· Xəbərçi
Bakıda binanın sayğacları yanıb
Bakıda çoxmərtəbəli binanın sayğacları yanıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 26-da axşam Bakı şəhəri, Nizami rayonunda "QARANT-21-ci ƏSR" MTK tərəfindən inşa olunmuş on iki mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 38 ədəd elektrik sayğacı yanıb.

Digər sayğaclar və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 21:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər