Hadisə

Bakıda beş mərtəbəli binada yanğın baş verdi

Xilasedicilər iki nəfərin həyatını xilas etdi.

· Xəbərçi
Bakıda beş mərtəbəli binada yanğın baş verdi
Bakıda beşmərtəbəli binada yanğın baş verib. ANS PRESS Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki,

Nərimanov rayonunda beşmərtəbəli inzibati binanın zirzəmisində yerləşən ümumi sahəsi 45 kv.m olan saunanın yanar konstruksiyaları 32 kv.m sahədə və liftin dəhlizinin 3 ədəd giriş qapıları yanıb. Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər