Bakıda ailə cinayəti: ər arvadını qətlə yetirdi
22 Oktyabr 2013 Çərşənbə Axşamı 10:13
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb.
Bu gecə Bakının Binəqədi rayonunda qətl baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Novxanı qəsəbəsi Şəfəq panseonatında məskunlaşan ailənin başçısı arvadını öldürüb.
Belə ki, Şuşadan məcburi köçkün olan 1977-ci il təvəllüdlü Nəsib Qurban oğlu Hüseynov arvadı 1986-cı il təvəllüdlü Aygün Mənsuz qızı Hüseynovanı qətlə yetirib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb, arşadırma aparılır.
DOSTLARINLA PAYLAŞ: