Hadisə

Bakıda 9 yaşlı “terrorçu” peyda olub

Nəsir Cəfərov atasının mobil telefonundan xəstəxanaya bomba qoyulması barədə məlumat verib

· Xəbərçi
Bakıda 9 yaşlı “terrorçu” peyda olub

 

Xəstəxanaya bomba qoyulması barədə polisə yalan məlumat vermiş şəxs müəyyən edilib. Daxili İşlər Nazirlyinin məlumatına görə, iyulun 28-də saat 22.00 radələrində naməlum şəxs mobil telefondan DİN-in "102" zəng mərkəzinə zəng edərək xəstəxanaya bomba qoyulması barədə məlumat verib.

Daxil olmuş məlumat əsasında müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb. Araşdırmalar zamanı telefonun Binə qəsəbə sakini Vaqif Cəfərova məxsus olması və məlumatın onun oğlu, 9 yaşlı oğlu Nəsir tərəfindən ötürülməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. /ANS PRESS/

 

Şərhlər