Hadisə

Bakıda 9 mertebeli binada yanğın

Yanğın baş veren menzilde yaşayan 3 vetendaş yanğınsöndürenler terefinden texliyə edilib.

· Xəbərçi
Bakıda 9 mertebeli binada yanğın
Bakının Hövsan qəsəbəsində yaşayış binasında yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın qəsəbədə yerləşən 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində 4 otaqlı mənzildə baş verib.

Nəticədə mənzilin 1 otağında 5 kv.m sahədə ev əşyaları (yataq dəsti və paltaryuyan) yanıb. Yanğın zamanı mənzildə yaşayan 3 vətəndaş yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzil yanğından mühafizə olunub.

Şərhlər