Hadisə

Bakıda 40 ev su altında qaldı

Əraziyə Fövqəladə Hallar Nazirlyinin əməkdaşları və xilasediciləri cəlb edilib.

· Xəbərçi
Bakıda 40 ev su altında qaldı

Ötən gecə paytaxta yağan güclü yağış fəsadsız ötüşməyib. Belə ki, yağıntı nəticəsində Bakının Xətai rayonunda 40 ev suya qərq olub. Əraziyə Fövqəladə Hallar Nazirlyinin əməkdaşları və xilasediciləri cəlb olunub.

Rayon icra hakimiyyətinin rəsmiləri bildirib ki, subasmaya səbəb su kollektorlarının həddən artıq yüklənməsidir. Bu səbəbdən, yenidən güclü yağış yağarsa, belə bir vəziyyətin təkrarlanacağı istisna olunmur.

Şərhlər