Bakıda 4 yaşlı uşaq tonqalda yandı
04 Oktyabr 2013 Cümə 12:25
Həyətdə oynarkən ehtiyatsızlıqdan tonqala yıxılan uşaq dərhal xəstəxanaya yerləşdirilib.
Ötən gün saat 15:20 radələrində Bakının Sabunçu rayonu ərazisində bədbəxt hadisə baş verib. Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Bakıxanov qəsəbəsi, T.Mustafayev küçəsi 18 ünvanında yaşayan 4 yaşlı Xəyal Xasıyev tonqalda yanıb.
Belə ki, uşaq həyətdə tonqalın yaxınlığınıda oynayırmış. Ehtiyatsızlıqdan uşaq tonqala yıxılıb. Ətrafda olan insanlar dərhal uşağı alovdan çıxarıblar. Çağırılan təcili tibbi yardım həkimlər Xəyal Xasıyevə ilkin yardım göstəriblər və onu xəstəxanaya yerləşdiriblər.
Hazırda uşağın vəziyyəti normaldır.
DOSTLARINLA PAYLAŞ: