Bakının Əzizbəyov rayonunda qətl hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 13-də saat 21.00 radələrində naməlum şəxs Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yaşayan 29 yaşlı Həsrət Azayevə bud nahiyəsindən bıçaqla xəsarət yetirib. Nəticədə o, xəstəxanaya aparılarkən yolda keçinib.
Əzizbəyov rayon Polis İdarəsinini 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H. Azayevi qətlə yetirən 26 yaşlı Taləddin Rəhimov iyunun 14-də tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Əzizbəyov rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcələsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov /ANS PRESS/