Bakıda 23 yaşlı qız xlor içdi, zəhərləndi
13 Oktyabr 2012 Şənbə 13:09
Hadisənin hansı zəbəbdən baş verməsi araşdırılır.
Bakının Yasamal rayonu ərazisində gənc qız xlor məhlulundan zəhərlənib. Rayon Polis İdarəsinin 27-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Qızıl Şərq küçəsi ev 324, mənzil 11-də yaşayan 23 yaşlı Xatuna Məhərrəm qızı Baxşəliyeva xlor məhlulu içib.

Yaxınları onu ağır vəziyyətdə hamam otağında aşkarlayıblar və xəstəxanaya çatdırıblar.
İlkin ehtimala görə, qız xloru intihar etmək məqsədilə içib.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar