Hadisə

Bakıda 2 maşın yanaraq kül oldu

Hər iki yanğın bu gecə baş verib.

· Xəbərçi
Bakıda 2 maşın yanaraq kül oldu
Bu gecə Bakının Xəzər rayonunda yanğın hadisəsi baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus “Renault” markalı minik avtomobili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:06-da söndürülüb.

Daha bir avtomobil Bakının Nərimanov rayonunda yanıb. “Land Rover” markalı minik avtomobilinin mühərrik hissəsi tamamilə yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub və yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər