Ötən gün Bakıda hədə-qorxu yolu ilə pul tələb edən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Elçin Əliyev Nəsimi rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, bir qrup şəxsin ona hədə-qorxu gələrək, 19 min manat tələb etməsi barədə şikayət edib.
Nəsimi rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Seymur Abbasov, Natiq Orucov, Malik Süleymanov, Nizami Məmmədov və Mahir Əsədullayev yaxalanıblar.
Bakıda 19 min manatlıq hede qorxu
Nəsimi rayon polisi hədələməklə külli miqdarda pul tələb edən dəstə üzvlərini yaxalayıb.




Şərhlər