Hadisə

Bakıda 14 neferi ilan vurub

Yay başlayandan 26 nefer günvurma ile tecili yardıma müraciet edib.

· Xəbərçi
Bakıda 14 neferi ilan vurub
Yay mövsümü başladıqdan Bakıda 26 nəfəri gün vurub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev ANS PRESS- açıqlamasında gün vurmaya məruz qalan 11 nəfərin xəstəxanaya yerləşdirildiyini deyib.
Yayın əvvəlindən 24 suda boğulma hadisəsi qeydə alınıb ki, bunlardan 17-i ölümlə nəticələnib.

Onun sözlərinə görə, son 3 ayda paytaxtda 47 nəfəri müxtəlif həşərat sancıb. 27-nəfər xəstəxanalarda müalicəyə başlayıb. Daha 14 nəfər isə ilan sancmaları ilə əlaqədar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.

Şərhlər