Bakı - Qazax yolunda qəza baş verib
17 Avqust 2009 Bazar Ertəsi 18:10
«Mersedes» Cəfərovun idarə etdiyi «Ford-tranzit» markalı sərnişin avtobusunu vurub

 

Bu gün saat 16 radələrində Bakı-Qazax yolununun 53-cu kilometrliyində Bakıdan Lənkərana gedən və sürücü 21 yaşlı Elbar Cəfərovun idarə etdiyi «Ford-tranzit» markalı sərnişin avtobusu qəzaya uğrayıb. İdarəetmənin itirməsi nəticəsində avtobus bir neçə dəfə aşaraq yolun istifadəsiz hissəsinə düşüb. Nəticədə 1 sərnişin ölüb, 10-dan artıq sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına götürülüb.

Ölənin şəxsiyyəti hələlik müəyyən edilməyib. Yaralılardan isə yalnız birinin vəziyyəti ağırdır, digərləri orta və yüngül dərəcəli xəsarətlər alıblar.

Sürücünün bildirdiyinə görə, yolun sağı ilə hərəkətdə olarkən nömrə-nişanını görmədiyi «Mersedes» markalı avtomobil onun idarə etdiyi avtobusu arxa tərəfdən vurub. Nəticədə o, idarəetməni itirib.

Baş Dövlət Yol Polis İdarəsinin hadisə yerində olmuş əməkdaşları isə bildiriblər ki, hadisənin hansı səbəbdən baş verməsini söyləmək hələlik tezdir. Ola bilsin Ki, sürücü məsuliyyəti üzərindən atmaq üçün bu versiyanı irəli sürür.

Faktla əlaqədar araşdırmalara başlanılıb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar