Bakı metrosunda ölüm hadisesi baş verib
Paytaxt sakini “Xalqlar Dostluğu” stansiyasında infarktdan dünyasını dəyişib.
Bakı metropolitenində ölüm hadisəsi baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətində istinadla verdiyi məlumata görə, hadisə ötən gün metronun “Xalqlar Dostluğu” stansiyasında baş verib. Belə ki, Bakı şəhər sakini Nəvahi Kərimov adıçəkilən stansiyada infarktdan ölüb.




Şərhlər