Bakı metrosunda intihar hadisəsi baş verib. Bakı Metropoliteninin Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, iyulun 29-da saat 21.15 radələrində təxminən 35 yaşlarında olan kişi özünü “Memar Əcəmi” istiqamətində hərəkət edən qatarın altına atıb. Qatarın təkərləri altında qalan kişi iki yerə bölünüb və o, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Şahidlərin bildirdiyinə görə, mərhum özünü qatar platformaya yaxınlaşan anda atdığından, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov /ANS PRESS/