Ötən gün paytaxtdakı çimərliklərdən iki meyit tapılıb. Fatmai bağlar sahəsinin çimərliyində batan Binə qəsəbə sakini Sahil Fərəcovun həyatını xilas etmək mümkün olmayıb.
Daha bir cəsəd isə saat 20.00 radələrində Səbail rayonu Şıx çimərliyində aşkarlanıb. Suda boğulmuş şəxs 60-65 yaşlarında olub və hələlik şəxsiyyəti bəlli deyil. Qeyd edək ki, meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı araşdırma aparılır. /ANS PRESS/