Sumqayıt şəhərində qətl hadisəsi törədilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yeni Yaşma bağlar sahəsində şəhər sakini Bəndalı Qarayevə məxsus bağ evində həmyerlisi Siyavuş Nəbiyevin üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılıb.
Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində şübhəli bilinən ev sahibi saxlanılıb və şəhər Prokurorluğuna təhvil verilib.
Bağ evinde dehşetli qetl
Hadisənin törədilməsində şübhəli bilinən ev sahibi saxlanılıb.




Şərhlər