Azerbaycanlı evsiz qaldı
18 May 2013 Şənbə 01:49
Gürcüstanda yaşayan soydaşımızın evi qəflətən yanğın baş verib.
Mayın 17-də Qardabaninin Qaracalar kəndində yanğın hadisəsi baş verib. Eldar Yusif oğlu Mehdiyevə məxsus ümumi sahəsi 200 kv. metr olan ev yanıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, axşam saatlarında qəflətən alovlanan evi söndürmək mümkün olmayıb.

Qaracalar kənd icra nümayəndəsi Gümrah Əliyevin APA-ya məlumatına görə, evin damı bütünlüklə yanıb, evdə olan əşyalara yanğın düşüb və sakinlər onları çıxara bilməyiblər. “Biz həm Qardabani rayon mərkəzinə, həm də Tiflisə yanğın barədə məlumat verdik. Lakin Qardabani bizim kənddən uzaqdır, yanğınsöndürmə maşını gələnə kimi 20 dəqiqə ərzində ev tamamilə yandı. Təəssüf ki, ev elə yerdə yerləşib ki, yanğınsöndürmə maşınları hadisə yerinə gedə bilmədi. Nəticədə ev sahibinin 20 min dollara yaxın ev əşyaları yandı. Bu evdə 13 nəfərdən ibarət 4 ailə yaşayır. Xəsarət alan yoxdur. Yanğının dəqiq səbəbini bilmirik. Ehtimala görə, hadisə qısaqapanmadan baş verib”, deyə G. Əliyev bildirib.

APA-nın məlumatına görə, Qaracalar kəndində son 3 ayda 3 dəfə yanğın hadisəsi baş verib. Bu gün baş verən yanğın hadisəsi barədə müvafiq orqanlar tərəfindən araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar