Hadisə

Azərbaycanlı əsgərlər yandılar

Hadisə hərbi hissənin qazanxanasında baş verib.

· Xəbərçi
Azərbaycanlı əsgərlər yandılar
Ötən axşam Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə hadisə baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hərbi hissənin qazanxanasında partlayış olub.

Hadisə nəticəsində iki əsgər - Binəqədi Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Musazadə Natiq və Ağsu hərbi komissarlığından hərbi xidmətə çağırılan Bayramov Xaliq Rafiq oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Natiq Musazadə 3-cü, Xaliq Bayramov isə 2-ci dərəcəli yanıq xəsarətləri ilə hərbi hospitala yerləşdiriliblər.

Şərhlər