Ağdaş rayonunda uşqun olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağdaş şəhərində qazıntı işləri zamanı torpaq uçqunu baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıblar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, ərazidə qazıntı işləri aparan şirkətdə fəhlə işləyən 2 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Azərbaycanda uçqun baş verdi, yaralılar var
Təbii fəlakət Ağdaşda qeydə alınıb




Şərhlər